Allahın adı ilə
32 - ci dərs
İndiki zamanın əmələ gəlməsi
Feilin indiki zamanı iş, hal və hərəkətin söz söylənən vaxtda icrasını bildirir, yəni iş, hal və hərəkətin icra vaxtı ilə onun haqqında məlumat verilən vaxt eyni zamana təsadüf edir.
Fars dilində feilin indiki zaman formasını düzəltmək üçün feil kökünün əvvəlinə «می»
(mi)
hissəciyi, sonuna isə
şəxs sonluqları
artırmaq lazımdır.
Şəxs sonluqları feilin kökünə bitişik, «می» hissəciyi isə feilin kökündən ayrı yazılır.
30 - cu dərsdə şəxs sonluqlarını qeyd etmişdik, təkrar üçün müraciət edə bilərsiz.
Deməli indiki zaman aşağıdakı quruluş modeli üzrə düzəlir:
من می آیم
تو می آیی
او می آید
ما می آییم
شما می آیید
آنها می آیند
Misallar
علی غذا می خورد
حسن و حسین می روند
او می خوابد
آنها غذا می پزند
Qeyd
İndiki zaman formasında işlənən feillər fars dilində kontekstdən asılı olaraq, həm də qeyri-qəti və qəti gələcək zaman mənasını bildirir.
Məsələn
فردا می آیم
فردا حتماً می آورم
شب می روم
____________________
@her_gun_farsca
https://t.me/her_gun_farsca/119