Kanal admini @shahadat_arzusunda
Allahın adı ilə 2 - ci dərs ( 1 - ci hissə) İzafət birləşmələri - 1 Azərbaycan dilindəki evin otağı - ağac yarpağı - ağacın yarpağı - mənim atam - Əlinin dəftəri - dənizin havasi və.s kimi təyini söz birləşmələri fars dilində yalnız bir üsulda verilir ki, bu da izafət əlaqəli söz birləşmələrindən ibarətdir. İzafət birləşməsi Azərbaycan dilində olan söz birləşməsindən əsaslı şəkildə fərqlənir. İzafət birləşməsinin tərəfləri Azərbaycan dilindəki təyini söz birləşmələrinin əksinədir, yəni Azərbaycan dilində təyin öndə, təyin olunan isə sonra gəlirsə, fars dilində təyin olunan öndə təyin isə sonra gəlir. Misallar 1 - اتاق خانه 2 - برگ درخت 3 - پدر من 4 - دفتر علی 5 - هوای دریا 6 - خانه بزرگ 7 - صندلی کوچک 8 - روی میز 9 - زیر میز Məlumdur ki, izafət tərkibinin ikinci tərəfi şəxs əvəzlikləri, insan adları, insan məfhumunu bildirən sözlərlə ifadə edilərkən yiyəlik, malikiyyət anlayışı yaranır. Misallar 10 - کتاب من 11 - اسب تو 12 - اتاق علی 13 - کیف دکتر 14 - تاکسی راننده @her_gun_farsca https://t.me/her_gun_farsca/165
If you believe that the information on this page violates our rules, click the Abuse button